Hər bir dövlətin atributları ilə bərabər silahlı qüvvələri dövlətin mövcudluğunda mühüm rol oynayır. 1918-ci ilin mayında Şərqdə ilin demokratik cümhuriyyət Azərbaycan Demokratik Cünhuriyyəti yaradıldı. 1918-ci il 26 iyun tarixində Demokratik Cumhuriyyətin Silahlı Qüvvələri yaradıldı. Bu qüvvələrə Azərbaycan Demokratik Cümhuriyyətinin daxilində erməni daşnaq qüvvələrinin tərkisilah edilməsi, xaricdən bolşevik müdaxiləsi ilə mübarizə aparmaq tapşırılmışdır. Eynilə ordunun formalaşması üçün tədbirlər görülür, kişi cinsindən olan azərbaycanlı gənclər ordu sıralarına çağrılırdılar. 1920-ci il aprel işğalından sonrakı dövürdə rusların müxtəlif bəhanələri ilə azərbaycanlı gənclər hərbi çağrışa az cəlb edilirdi. Əsasən çağrılan gənclər inşaaat hissələrində xidmətə cəlb edilirdi. Bu təqiblərə baxmayaraq azərbaycanlı kişilərlə bərabər qadınlar da keçmiş sovetlər ittifaqının silahlı qüvvələri sıralarında xidmət keçirir və müvəffəqiyyət əldə edirdi. 1941-1945-ci il Böyük Vətən Müharibəsində azərbaycanlılar Mozdokdan Berlinə qədər şərəfli döyüş yolu keçdi. Həmin illərdən sonrakı dövrdə , xüsusilə 1969—cu il Ulu Öndər Heydər Əliyevin Azərbaycana başçılıq etməsi sayəsində respublikada ali hərbi məktəblər açıldı. Cəmşid Naxçıvanski adına hərbi təmailli orta məktəbin yaradılması Azərbaycanda zabit kadrlarının hazırlanmasında böyük töhvə verdi . Ulu Öndərin qayğısı sayəsində gənclər keçmiş ssovetlər ittifaqının müxtəlif ali məktəblərində təhsil aldı və bu respublikanın irəli getməsinə köməklik etdi. Eynilə həmin gənclərin sıralarında hərbçi peşəsinə yiyələnənlər çox oldu. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra ordu qurucukuöu gündəmə gəldi. Vətənpəvər igidlərimiz canlarından keçməyə hazır olduqları bir vaxtda yeganə komandanlığın olmaması acı məğlubiyyətə gətirib çıxartdı. Lakin 15 iyun 1993-cü il Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi hərc-mərcliyə son qoydu. Ordu quruculuğu bir nömrəli məsələ kimi qarşıya qoyuldu. Uğurlu Horadiz əməliyyatı gənclərimizin döyüş ruhunun yüksək olmasına bir daha təsir etdi. 2016-cı ilin aprel döyüşləri Prezident İlham Əliyevin dövlətin iqtisadi, siyasi vəziyyəti ilə bərabər ordu quruculuğuna da diqqət ayırdığını göstərdi. Ermənistan ordusunun öz havadarlrının köməkliyi ilə beş ilə işğal etdiyi torpaqlar Azərbaycan Silahlı Qüvvələrinin əks hücumu nəticəsində 44 günə işğaldan təmizləndi. 103 yaşlı Silahlı Qüvvələrin döyüş yolu dünya hərb tarixi dərsliklərinə daxil olmaqdadır. Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır! Yaqut Əliyeva,Xocalı rayonundan məcburi köçkün